Xəbər lenti

Dünya 13:30 25.12.2022

"Brexit"ə səs verən britaniyalıların əksəriyyəti nəticələrdən narazıdır - "The Times"

Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına səs verən britaniyalıların əksəriyyəti bu təşəbbüsü uğurlu hesab etmir.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Times” "YouGov" sosioloji şirkətinin sorğusunun nəticələrinı istinadən yazır.

2016-cı il referendumunda Aİ-dən çıxmağa səs verən respondentlərin 34 faizi "Brexit"i uğurlu hesab edir. Avroskeptiklərin 41 faizi hesab edir ki, "Brexit"in nəticələrinin 2016-cı ildə təsəvvür etdiklərindən daha pisdir. 

"Brexit" əleyhinə səs verənlər arasında respondentlərin 53 faizi təşəbbüsü uğursuz, 15 faizi uğurlu hesab edir. Respondentlərin 47 faizi ikinci referendumun keçirilməsinin və Aİ-yə qayıtmağın tərəfdarı olub, 34 faizi "Brexit"ə səs verəcəyini bildirib, 10 faizi qərarsız qalıb, 8 faizi isə səsverməyə getməyəcəyini açıqlayıb. 

Qısa arayış: "Brexit" Böyük Britaniyanın Avropa İttifaqından çıxmasıdır. Ayrılmaya əsas 2016-cı ildə keçirilmiş referendumun nəticəsi olub, o zaman britaniyalıların 51,9 faizi Aİ-dən çıxmağı dəstəkləyib. Böyük Britaniyanın Aİ-yə üzvlüyünə 2020-ci il fevralın 1-də xitam verilib.

Oktyabrın 25-də Mühafizəkarlar partiyasının lideri Rişi Sunak vəzifəyə gəldikdən 45 gün sonra iqtisadi siyasət uğursuzluqları səbəbindən istefa verən Liz Trassın yerinə Böyük Britaniyanın Baş naziri olub. Sunakın vəzifələrindən biri "Brexit" sazişinin həyata keçirilməsidir. Noyabrda media Britaniya hökumətinin "Brexit"in həyata keçirilməsində sərt xəttdən əl çəkmək və İsveçrə modeli adlandırılan Aİ ilə münasibətlərə keçmək istədiyini yazıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->