Xəbər lenti

Britaniya alimləri genetik mutasiyaların gözlənilməz səbəbini tapdı
Dünya07:40 10.05.2022

Britaniya alimləri genetik mutasiyaların gözlənilməz səbəbini tapdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
DNT mutasiyaları tez-tez kvant tunel effektinə görə baş verir.
Qaynarinfo "Nature” jurnalına istinadla xəbər verir ki, bu barədə britaniyalı alimlər bildiriblər.
"Nature” jurnalı yazır ki, söhbət əvvəllər düşünüldüyündən daha çox rast gəlinən nöqtə mutasiyalarından gedir.
Surrey Universitetinin mütəxəssisləri müəyyən edib ki, DNT-dəki hidrogen atomları davamlı olaraq molekulun bir zəncirindən digərinə çox sürətlə hərəkət edərək tunel açır. Nəticədə, DNT ayrı-ayrı zəncirlərə parçalandıqda, protonların bir hissəsi "yanlış" tərəfdə sona çatır və bu, genetik məlumatın kodlaşdırılmasında səhvə səbəb olur.
Tədqiqatçılar qeyd edirlər ki, bu təsir haqda 20-ci əsrin ortalarında yazılıb, lakin bunu təsdiqləmək yalnız indi mümkün olub.
Alpər