Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının onuncu ayında Böyük Britaniya gözlənilməz hallar və elektrik enerjisi ilə bağlı problemlər zamanı ehtiyat kimi kömürlə işləyən elektrik stansiyalarından istifadə etməyə hazırlaşır.
Qaynarinfo xəbər verir ki, bu sözlər
Bloomberg-in materialında yer alıb.
Bloomberg xəbər verir ki, Britaniyanın şəbəkə operatorları indi sıfırdan aşağı temperaturlar elektrik enerjisinin qiymətlərini rekord səviyyələrə çatdırdığı üçün kömürlə işləyən elektrik stansiyalarının bağlanmasını gecikdirmək üçün addımlar atır.
Böyük Britaniyanın şəbəkə operatoru elektrik stansiyalarına 400 milyon funt sterlinq (491 milyon dollar) ödəyir ki, bu qış onları ehtiyat kimi işlətsin.
Həmçinin bildirilir ki, ölkənin vahid enerji sisteminin "Milli Şəbəkə” operatoru havaların soyuq keçməsi ilə əlaqədar iki ehtiyat kömür elektrik stansiyasını işə salmaq barədə göstəriş verib.
Alpər