Böyük Britaniya hökuməti milli təhlükəsizliyə təhdidlərin 89 bəndlik siyahısını müəyyən edib. Siyahıda ehtimal olunan yeni pandemiya, Rusiyanın qlobal enerji təchizatını pozmaq qabiliyyəti və ekstremal hava şəraiti də var.
Bu barədə Qaynarinfo Sky News-a istinadən xəbər
verir.
Dauninq-Strit izah edir ki, hökumət britaniyalılara baş verə biləcək "ən pis vəziyyət senarisinə" hazırlaşmağa kömək etmək üçün təhdidlərin siyahısını yeniləyib.
Böyük Britaniya hökuməti milli təhlükəsizliyə ehtimal edilən təhdidlər arasında nəqliyyat və digər əsas infrastrukturu pozmaq üçün dronlardan zərərli istifadəni, həmçinin sualtı transatlantik telekommunikasiya kabellərinin mümkün nasazlığını da qeyd edib.
Risklər siyahısına Britaniya dövlət xadiminin öldürülməsi də daxildir.
Son siyahı əvvəllər məxfiləşdirilmiş bəzi məlumatları ehtiva edir və bu siyahı ilk dəfə 2008-ci ildə dərc olunduqdan sonra ən şəffafı hesab edilir.
Qeyd edək ki, iyul ayında Böyük Britaniya Daxili İşlər Nazirliyi daxili terrorizm təhlükəsinin artması riski barədə xəbərdarlıq edib.
Nizami Bağırov