Xəbər lenti

Britaniya kəşfiyyatı Ukraynada rus işğalçılarının yüksək ölümünün əsas səbəblərini açıqladı
Dünya08:44 10.07.2023

Britaniya kəşfiyyatı Ukraynada rus işğalçılarının yüksək ölümünün əsas səbəblərini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Federasiyasının ordusu hərbi tibbi təminat böhranı ilə üz-üzədir və bu, Ukraynadakı rusiyalı hərbçiləri arasında daha böyük itkilərə səbəb olur.
Qaynarinfo xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat hesabatına görə, Ukraynaya qarşı böyük müharibənin son 17 ayında Rusiya hərbçiləri gündə orta hesabla 400-ə yaxın əsgərini itirib.
Eyni zamanda düzgün ilkin tibbi yardımla ölümlərin 50%-ə qədərinin qarşısını almaq mümkün olsa da, bunu bacarmayıblar.
"Yaralıların çox ləng təxliyyəsi Rusiyanın qəbul etdiyi kobud hərbi turniketin səriştəsiz istifadəsi ilə birlikdə, qarşısı alına bilən ölüm və amputasiyaların əsas səbəbi olduğu bildirilir", - Britaniya kəşfiyyatı qeyd edib.
Onlar qeyd ediblər ki, hərbi itkilərin axını çox güman ki, Rusiyanın bəzi mülki tibbi xidmətlərinin, xüsusən də Ukraynaya yaxın sərhəd bölgələrində normal təminatını pozub. Çox güman ki, bir çox ixtisaslaşdırılmış hərbi xəstəxanalar yaralı hərbçilər üçün ayrılıb.
Ukrayna məlumatlarına görə, tammiqyaslı işğalı başlayandan bəri Rusiya Federasiyası artıq 235 minə yaxın hərbçisini itirib.
Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının başlaması ilə Rusiya ordusunun itkiləri artır. Müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, cənubda ukraynalı müdafiəçilərin itkiləri Rusiya itkilərindən beş dəfə, şərqdə isə 8 dəfə azdır.
Nizami Bağırov