Xəbər lenti

Britaniya kralı taxtdan vaxtından əvvəl imtina edəcək (İDDİA)
Dünya 16:30 01.02.2024

Britaniya kralı taxtdan vaxtından əvvəl imtina edəcək (İDDİA)

Böyük Britaniya kralı III Çarlz vaxtından əvvəl taxtdan imtina etməyi planlaşdırır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

Şahzadə Diananın keçmiş eşikağası Paul Burrell III Çarlzın yaxın 10 il ərzində taxtdan gedəcəyinə inanır. Burrellin dediyinə görə, 75 yaşlı kral xüsusi plan hazırlayıb və hakimiyyət sükanını oğlu şahzadə Uilyamla onun həyat yoldaşı Keyt Middltona təhvil verəcək.

"Kraliça heç vaxt belə bir şey etməzdi, çünki o, başqa nəslə mənsub idi, onun bütün həyatı monarx olmaq ətrafında qurulmuşdu. Amma kral nə edəcəyini dəqiq biləcək, Şahzadə Filipin kitabından bir səhifə çıxarıb deyəcək: "Mən kifayət qədər iş görmüşəm". O, istədiyini edəcək. Düşünürəm ki, ölkədə gənc bir kral və kraliça olacaq", deyə Burrell bildirib.

Ötən həftə jurnalistlər Böyük Britaniya kralı III Çarlzın prostat vəzinin böyüməsi ilə bağlı planlaşdırılmış əməliyyatdan sonra sağlamlığının bərpasının təxminən bir aya yaxın vaxt aparacağını bildirmişdilər. Monarx yaxın həftələrdə rəsmi görüşlər keçirməyəcək və tədbirlərdə iştirak etməyəcək.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->