Xəbər lenti

Britaniya NATO təlimlərinə 20 min əsgər göndərəcək
Dünya09:10 15.01.2024

Britaniya NATO təlimlərinə 20 min əsgər göndərəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Böyük Britaniya bu ilin birinci yarısında NATO-nun bütün Avropa boyu keçiriləcək genişmiqyaslı təlimlərinə 20 min əsgər göndərməyi planlaşdırır.
Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.
Böyük Britaniya NATO-nun Alyansın şərq cinahının müdafiəsini təkmilləşdirmək məqsədi daşıyan "Steadfast Defender 24” adlı təlimin bir hissəsi kimi Avropaya qoşun, gəmi və təyyarə göndərəcək.
Fevraldan iyun ayına qədər Şərqi Avropada 16 min Britaniya ordusunun şəxsi heyəti yerləşdiriləcək. Aviasiya daşıyıcısından ibarət zərbə qrupu, F35B Lightning hücum təyyarələri və müşahidə təyyarələri də iştirak edəcək.
"Bu gün mən Böyük Britaniyanın Soyuq müharibədən sonra NATO-nun ən böyük təlimlərindən birində iştirak etmək üçün təxminən 20.000 əsgər göndərəcəyini elan edə bilərəm”, - Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps bildirib. 
O əlavə edib ki, NATO-nun 30 ölkəsi və İsveç qoşunlarının birgə hərəkəti Putinin yaratdığı təhlükəyə qarşı həyati vacib təminat verəcək.
Nizami Bağırov