Böyük Britaniya və Yaponiya baş nazirləri ölkələr arasında müdafiə və ticarət əməkdaşlığını artırmaq üçün görüşəcəklər.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla
xəbər verir ki, baş nazirlər arasında görüşün gündəliyinə Rusiyaya qarşı təzyiq tədbirləri və iki ölkənin silahlı qüvvələrinə birgə işləməyə imkan verən müdafiə razılaşması daxildir.
Conson görüşdə Yaponiya və Böyük Britaniya silahlı qüvvələrinə birlikdə tədris, birgə hərbi təlimlər və təbii fəlakətləri aradan qaldırma tədbirləri keçirməyə imkan verən tarixi müdafiə tərəfdaşlığı haqqında razılaşmanı elan edəcək. Sənəd "Qarşılıqlı Çatımlılıq Razılaşması” adlanır.
"İki böyük ada demokratiyaları olaraq Böyük Britaniya və Yaponiya inkişafı artırmağa, yüksək ixtisaslı iş yerlərinin yaradılması və texnoloji süpergüclər kimi qalmağımızı təmin etməyə fokuslanmışıq,- Conson görüş öncəsi deyib və əlavə edib: - Baş nazir Kişidanın səfəri bizim yaxın müdafiə tərəfdaşlığımızı sürətləndirəcək və ölkə boyu əsas infrastruktur lahiyələrini artırmaq üçün ticarət tərəfdaşlığımızı dəstəkləyəcək”.
Böyük Britaniya Avropa Birliyindən çıxandan sonra Conson ölkəsinin maraqlarını Hind Sakit Okean bölgəsinə tərəf genişləndirib. Conson hökuməti bu əraziləri getdikcə dünyanın geopolitik mərkəzi kimi görür.
Səfər həmçinin ölkələr arası ticarət əlaqələrini də gücləndirəcək, 2020-ci ildə Britaniyanın Breksitdən sonra imzaladığı ilk azad ticarət razılaşmasını inkişaf etdirəcək.
Nurlan Hüseynov
Şərhlər