Xəbər lenti

Britaniya vətəndaşı Moskvada vəhşicəsinə döyüldü
Dünya14:30 09.01.2020

Britaniya vətəndaşı Moskvada vəhşicəsinə döyüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskvada İngiltərə vətəndaşına hücum edilib. 
Qaynarinfo xəbər verir ki, əcnəbi vətəndaş başından ciddi xəsarət alıb. "Moskva” agentliyinin hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən verdiyi məlumata görə, yanvarın 8-də günortadan sonra xəsarət alan 36 yaşlı britaniyalı həkimlərdən kömək istəyib.
Dediyinə görə, onu naməlum şəxslər döyüb. Eyni zamanda, əcnəbiyə hücumun yerini müəyyənləşdirmək və polis tərəfindən sorğu-sual etmək hələ mümkün olmayıb.
Həkimlər britaniyalıda qapalı kəllə-beyin travması, beyin silkələnməsi, üz qanamaları və göz altında hematoma aşkar edib. 
Baş vermiş hadisəylə bağlı araşdırma aparılır.