Xəbər lenti

Britaniyalı ekspert Ukraynaya nüvə hücumu ehtimalını istisna etmir
Dünya07:17 14.05.2023

Britaniyalı ekspert Ukraynaya nüvə hücumu ehtimalını istisna etmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Britaniyalı ekspert Qlen Qrant bildirib ki, Rusiyanın Ukraynaya nüvə zərbəsi endirməsi ehtimalı rədd edilə bilməz. O, hesab edir ki, Rusiya Federasiyası nüvə təlimlərini təkcə hədə-qorxu gəlmək üçün keçirmir.
Qaynarinfo bu barədə "Espresso" telekanalına istinadən xəbər verir.
"Düşünmürəm ki, hansısa şəhərə nüvə hücumu ehtimalı istisna edilir. Çünki Rusiya məhz bunun üzərində işləyir, biz bunu unutmamalıyıq. Ruslar genişmiqyaslı təlimlər keçirir və bunu yalnız təhdid xatirinə etmirlər", deyə ekspert bildirib.
Onun sözlərinə görə, nüvə şantajından başqa Rusiyanın o qədər də çox təsir rıçaqları yoxdur: "Onlar bunu edəcəkləri ilə hədələyə bilərlər, lakin bu, o demək deyil ki, mütləq edəcəklər. Bununla belə, hazırda onlar da hazırlıq prosesindən keçirlər. Hər dəfə biz Rusiyanın nəyəsə hazırlaşdığını görmürük, sonra onlar nəhayət real fəaliyyətə keçir".
Qeyd edək ki, müharibə başlayandan Kreml bir neçə dəfə nüvə təhlükəsinə ilə təhdid edib. Bunu ən çox Rusiyanın keçmiş prezidenti və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev edir.
Xüsusilə də Kremlə pilotsuz təyyarə hücumundan sonra növbəti dəfə mümkün nüvə zərbəsi təhdidləri eşidilib. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat bu cür bəyanatların növbəti informasiya və psixoloji təsir əməliyyatı olduğunu vurğulayıb.
2023-cü il may ayının əvvəlində Ukraynada nüvə silahından istifadə riskləri ABŞ kəşfiyyatı tərəfindən qiymətləndirilib. Birləşmiş Ştatlar belə bir variantı "çox az ehtimal” kimi qiymətləndirir.
Aydın