Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli mətbuatda onun Müdafiə Nazirliyinin növbəti rəhbəri təyin oluna biləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Kleverli bildirib ki, hazırkı vəzifəsini bəyənir və öz yerində qalmaq istəyir.
Qaynarinfo xəbər verir ki, o, bu barədə Aspen İnstitutunun təşkil etdiyi təhlükəsizlik forumunda
deyib.
"Əgər Böyük Britaniyada kimsə baxırsa, dinləyirsə, xüsusən də Siz, Baş Nazir, mən öz yerimdə qalmağı çox istəyirəm... Mən həqiqətən də Xarici İşlər Naziri kimi qalmaq istəyirəm. Bu, mənim sevdiyim işdir, bunu vacib hesab edirəm”, - XİN rəhbəri bildirib.
Qeyd edək ki, bundan əvvəl "The Times” xəbər verib ki, Britaniyanın baş naziri Rişi Sunak növbəti müdafiə naziri vəzifəsinə Kleverlinin namizədliyini nəzərdən keçirir. Müdafiə Nazirliyinin hazırkı rəhbəri Ben Uolles nəşrə bildirib ki, payızda siyasətdən ayrılacaq.
Nizami Bağırov