Böyük Britaniyanın baş naziri Tereza Mey yeni "Brexit" naziri təyin edib.
Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, yeni nazir Dominik Raab olacaq. O, ötən gecə istefa verən Deyvid Deyvisi əvəzləyəcək.
Qeyd edək ki, Deyvis Tereza Meyin "Brexit" siyasəti ilə razılaşmadığı üçün istefa verdiyini açıqlamışdı.
Gülşən