Xəbər lenti

Bu adam palçıq və kərpic yeyir - FOTOLAR
Dünya11:26 03.04.2014

Bu adam palçıq və kərpic yeyir - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

30 yaşındakı Pakkirappa 10 yaşından bəri, yəni tam 20 ildir tapdığı palçıq və kərpicləri iştahla yeyir

Hindistanın Karnataka şəhərində yaşayan inşaat işçisi Pakkirappa Hunaqundi hər gün ortalama 3 kiloqram torpaq, kərpic və palçıq yeyir.

ANS PRESS-in məlumatına görə, Pakkirappa Hunaqundinin anası xüsusilə uşaqlıq dövründə oğlunun evlərinin kərpiclərini yeməsi üzündən çox çətinlik çəkdiklərini söyləyib. 30 yaşındakı Pakkirappa 10 yaşından bəri, yəni tam 20 ildir tapdığı palçıq və kərpicləri yeyir. 

Həyatında ən sevdiyi yeməylərin torpaq, palçıq və kərpic olduğunu söyləyən Pakkirappa Hunaqundi bu günə qədər bu vərdişinin hər hansı bir əks təsirini görmədiyini söyləyir. 

Pakkirappa dişlərinin və mədəsinin hələ də möhkəm olduğunu ifadə edir.

Qeyd edək ki, Pakkirappa Hunaqundinin xəstəliyinə "Pica" adı verilib. Bu xəstəlik qida dəyəri olmayan şeylərin yeyilməsi zamanı üzə çıxır.

Qaynar.info