"Xəz Paltolu Madonna" romanında tez-tez adı çəkilən rəsm əsəri və romanın qadın xarakteri kimdir? Bursa həbxanasından göndərdiyi məktubla əsəri ilk təhlil edən Nazim Hikmət kitab haqqında nə deyirdi və Sabahattin Aliyə görə əsərin ana fikri nədir?
"Qaynarinfo" bu suallara cavabı 5 faktla sizə təqdim edir:
1. "Xəz Paltolu Madonna" romanında sözü gedən rəsm əsəri eyni adlı əsərdə təsvir edilən Mariya Puder adlı qadın xarakteridir. Madonna delle Arpie tablosundakı "Bakirə Məryəm" kimi təsvir edilib.
2. Romandakı qadın - "Almaniyada Frolyan Puder adlı bir xanıma çox aşiq idim. Yolda gözlərimi ona dikər, qarşımı görməzdim. O da buna cavab olaraq, mənə gülümsəyər və axmaqlığımı üzürlü sayardı. Aşiq olduğum qadınlar arasında mənimlə belə rəftar edən olmamışdı. Barmağımın ucunu belə vura bilmədiyim halda, məni incitməzdi. Aramızda böyüyən və isinməyən bir məsafə var idi. O bunu çox yaxşı bacarırdı". (Sabahattin Alinin bir məktubundan)
3. Sabahattin Aliyə görə əsərin ana fikri - "Dünyanın ən bəsit, ən zavallı, hətta ən axmaq adamı belə, insanı heyrətləndirə biləcək müdhiş və qarışıq bir ruha malikdir. Nə üçün bunu anlamaqdan qaçır və insan dedikləri məxluqu anlaşılması və haqqında höküm verilməsini ən asan şeylərdən biri hesab edirik?"

4. Kitab haqqında fikrini bildirən ilk adam - Bursa həbsxanasından göndərdiyi məktubla kitabı ilk təhlil edən adam Nazım Hikmətdir. "Xəz paltolu Madonna". Mən bu əsəri həm sevdim, həm də əsəbləşdim. Öncə niyə əsəbləşdiyimi deyim. Kitabın ilk qismi möhtəşəmdir. İlk hissədə kiçik burja ailəsininin üzü o qədər möhtəşəm təsvir edilib ki, "bu cür giriş kaş ki, boşuna məhv olmasaydı" deyə düşünürsən. Girişi oxuduğum zaman yəni, Berlinə qədər olan hissəni. Sənin mənim anladığım anlamdakı realizimə heyran oldum. Mən məsləhət görərdim ki, o başlanğıcı götür və qəhramanın ölümünü qısaca təkrarlamaq şərti ilə o ailənin rəftarı və psixologiyası ətrafında ikinci cildi ayrı bir roman şəklində yaz. Belə olsa, dinləməyə başladığımız musiqi heç bitməz. İndi keçək ikinci hissəyə. Bu fərdi şəkildə çox gözəl bir hekayədir. Terkiyyə ədəbiyyatına bu cür təcrübə lazım idi. Sən bunu müvəffəqiyyətlə bacardın".

5. Sabahattin Alinin qəzetin redaktoruna göndərdiyi məktub - "Bu əsər "Hakikat" (Həqiqət) qəzetinin sifarişi ilə "Böyük heayə" başlığı ilə yazılıb. Lakin qəzetin sahibi yazıçının pulunu vermədiyi üçün o da hekayəni yarımçıq saxlayıb. Müdirə yazdığı məktub:
"Verdiyim sözü tutmadımmı? Xəstəxanadan, 39 dərəcə tempraturla xəstə yatarkən isə evdən bir gün belə gecikdirmədən yazılarımı göndərdim. Pulunu ala bilməyən hər yazıçının etməli olduğu kimi "yazı göndərməmək" təhdidini etsəm də, göndərməyə davam etdim. Möhtac olduğum, haqqım olan pulu almaq üçün qürurumu ayaqlar altına ataraq sizə yalvarışla dolu məktublar yazdım. On məktubuma bir cavab və bir vəd aldım. Sözününzün üstündə durmadığınızı görüb, həddim olamdığı halda əsəbləşdim".
Lalə Niftaliyeva
Qaynarinfo.Az