Xəbər lenti

Bu da dünyanın gözlədiyi uşaq - FOTOLAR
Dünya11:00 02.05.2015

Bu da dünyanın gözlədiyi uşaq - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cambridge hersoginiyası Kate Middleton və Cambridge hersoqu şahzadə Williamın ikinci övladı dünyaya gəlib. 

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Kensington sarayının tvitter səhifəsində informasiya yerləşdirilib:

“Kral ailəsinin qız övladı olub, onun çəkisi 3,71 kq-dır”.

Hersoginiya xəstəxanaya səhər saatlarında çatdırılıb, doğuşda şahzadə özü də iştirak edib. 

Qeyd edək ki, Kate Middleton və şahzadə Williamın ikinci övladı Britaniya tacına namizəd kimi qardaşı şahzadə Corcdan sonra 4-cüdür. Şahzadə Corc keçən ilin iyulun 22-də anadan olub.

Qaynar.info