Xəbər lenti

Bu ev 175 milyon dollara satılır - FOTO
Dünya04:15 23.09.2016

Bu ev 175 milyon dollara satılır - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-da satışa çıxarılan bir ev öz qiyməti ilə diqqət mərkəzinə düşüb. Ötən əsrin əvvəllərində inşa edilən lüks villanı almaq istəyənlər nə az, nə çox 175 milyon dollar ödəməlidir. İnşaatında kifayət qədər bahalı materiallardan istifadə olunan villada geniş oyun sahəsi, gəzinti yolları, atçılıq meydançası, çimərlik var. Satılacağı təqdirdə  əzəmətli tikili ABŞ-ın ən bahalı evi kimi  tarixə düşəcək. Belə ki, okeanın o tayında bu vaxtadək ən bahalı ev 2014-cü ildə  147 milyon dollara satılıb.

Məlumat üçün bildirək ki, villa  1902-ci ildən bu yana Ziqler ailəsinin mülkiyyətindədir. Həmin ailənin üzvləri indi ölkənin fərqli-fərqli ştatlarında məskunlaşdığından, varislər bu bahalı evi satmaq qərarına gəliblər.

Qaynarinfo.Az