25 yaşlı Oleq Şertaşenko saatda 60 km sürətlə hərəkət edən BMW markalı avtomobilin üstündən tullanaraq görənləri şoka salıb.
"Qaynar" publika.az-a istinadən xəbər verir ki, hadisə Rusiyanın Yekaterinburq şəhərinin Sverdlovsk vilayətində lentə alınıb. Avtomobili Rusiyanın media ulduzu Amiran Sərdarov idarə edib.
Oleq 14 yaşından ekstrimal idman növü ilə məşğul olur. O daha əvvəllər də bənzəri riskli videolarla Rusiya mediasında gündəm olub.
Sosial şəbəkələrdə izləmə rekordu qıran həmin təhlükəli görüntüləri sizə təqdim edirik:
Qaynar.Az