Xəbər lenti

Bu gün 4 güləşçimiz dünya çempionatında mübarizəyə qoşulacaq
İdman07:02 07.10.2021

Bu gün 4 güləşçimiz dünya çempionatında mübarizəyə qoşulacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.
Qaynarinfo xəbər verir ki, altıncı yarış günündə 55, 72, 77 və 82 kq-da çıxış edən yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaq. Eldəniz Əzizli 1/8 finalda Ukrayna təmsilçisi Koriun Sahradianla güləşəcək. Digər üç idmançımız isə mübarizəyə 1/16 final mərhələsindən start verəcək. Ülvü Qənizadə almaniyalı İdris İbayevlə, Sənan Süleymanov qırğızıstanlı Kayratbek Tuqolbayev, Rafiq Hüseynov isə Estoniyanı təmsil edən Ranet Kaljola ilə güləşəcək.  
Görüşlər Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.
Səbuhi Həsənov