İdman 12:00 01.06.2022

Bu gün Avropa və Amerika çempionları üz-üzə gələcək

Bu gün son Avropa və Amerika çempionları qarşılaşacaq.
 
Qaynarinfo xəbər verir ki, "Finalissima" adı verilən görüşdə Avropa çempionu İtaliya və Amerika Kubokunun son qalibi Argentina üz-üzə gələcək. Oyun İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda təşkil olunacaq. Bakı vaxtı ilə saat 22:45-də başlayacaq matçı Çilidən olan FIFA referisi Pyero Masa idarə edəcək.

Qarşılşamada əlavə vaxt oynanılmayacaq. Əsas vaxtda qalib müəyyənləşməsə, birbaşa penaltilər seriyasına keçiləcək.

Bu oyun UEFA ilə Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) arasında 2028-ci ilədək müddəti nəzərdə tutan əməkdaşlıq memorandumu çərçivəsində baş tutacaq.

Finalissima

1 iyun

22:45. İtaliya - Argentina

Baş hakim: Pyero Masa (Çili)
London, "Uembli" stadionu
 
Səbuhi Həsənov