Xəbər lenti

Bu ilin ikinci Günəş tutulması başlayıb
Dünya22:41 21.09.2025

Bu ilin ikinci Günəş tutulması başlayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sentyabrın 21-də saat 21:29-da ilin ikinci Günəş tutulması başlayıb. 
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Qaynarinfo-ya verilən məlumata görə, bu, qismən Günəş tutulmasıdır.
Tutulma hadisəsi sentyabrın 22-si saat 01:53-də sona çatacaq. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43-də olacaq.
Tutulma hadisəsi Sakit okean, Yeni Zelandiya və Antarktidada görünəcək, lakin Azərbaycan ərazisindən müşahidə olunmayacaq.