Xəbər lenti

Bu işçilərə sosial şəbəkələr qadağan olundu
Dünya18:27 04.12.2013

Bu işçilərə sosial şəbəkələr qadağan olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniya “Deutsche Bank”ı fiksasiya edilmiş gəlirlikli alətlərlə və xarici valyuta birjalarında işləyən işçilərinə onlayn-çatlardan istifadə etməyi qadağan edib. 
Anspress-in “Reuters»ə istinadən verdiyi məlumata görə, valyuta birjalarında multiçatlardan istifadə edilməsi hələ bu ilin birinci rübündə qadağan edilmişdi, indi qadağa qalan fiksasiya edilmiş gəlirlikli biznes sahələrinə də şamil edilir. 
“Deutsche Bank”ın qadağası “Libor”la maxinasiyaların istintaqı fonunda tətbiq edilib. Aparılan istintaqın gedişində requlyatorlar bank treyderlərinin məlumatlarının ötürüldüyü çatlara diqqət yetiriblər. Nəzarət orqanlarının fikrincə, bu cür ünsiyyət qanunsuz məqsədlərlə istifadə edilə bilər. 
Qaynar.info