Xəbər lenti

Bu kənddə ancaq qadınlar yaşayır (FOTOLAR)
Dünya09:05 20.10.2017

Bu kənddə ancaq qadınlar yaşayır (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Keniyada yerləşən Umoja adlı kənddə ancaq qadınlar yaşayır.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 1990-cı ildə ingilis əsgərləri tərəfindən zorlanan 15 qadın tərəfindən yaradılan kənd zamanla uşaq yaşda evləndirilən, qadın sünnətinə məruz qalan, ailə daxili şiddət, təcavüz və oxşar digər zorakılıqlarla üzləşən qadınlara da ev sahibliyi etməyə başlayıb. Rebeka Lolosoli tərəfindən yaradılan kənd kişilərin etirazına səbəb olub. Mühafizəkarlığı ilə tanınan Samburu xalqının kişi nümayəndələri Rebekaya dərs vermək məqsədilə onu vəhşicəsinə döymüş, Lolosoli isə bu vəziyyətə etiraz edərək əməli addımlar atmaq barədə qərar qəbul edib. Samburu xalqının özünəməxsus qaydaları var.

Müəyyən yaşa çatmış qız uşaqları yaşlı və döyüşçü kişiyə müvəqqəti olaraq verilir. Bu dövrdə qızlar hamilə qala bilməzlər. Əgər bu baş versə, uşaq abort edilir.

Lolosoli kəndin əsasını qoyandan sonra kişilər tərəfindən təhdid edilib, lakin fikrini dəyişməyib. Hazırda kənddə 47 qadın və 200 uşaq yaşayır. Əraziyə çox sayda turist gəlir və qadınlar hazırladıqlarını onlara sataraq ehtiyaclarını qarşılayırlar. Buradakı qadınlar həmçinin maarifləndirmə prosesində də fəal iştirak edirlər.

Kəndin sakinlərindən olan 38 yaşlı Ceyn heyvanları otardığı zaman 3 əsgərin təcavüzünə məruz qalıb və bu barədə həyat yoldaşına deyəndə döyülüb. Hadisədən sonra 3 uşağını da götürərək kəndə üz tutub. Digər bir qadın isə 11 yaşında 1 inək qarşılığında atası tərəfindən 57 yaşlı adamla evləndirilməyə məcbur edilib və toydan 1 gün sonra Umojaya qaçıb. 

Umoja sakinləri burada yeni həyatlarında kişilərə yer olmadığını və burada özlərini təhlükəsiz hiss etdiklərini bildirirlər.

Gülşən

Qaynarinfo.Az