Xəbər lenti

Bu ölkə BMT-nin qara siyahısına salındı
Dünya07:30 06.10.2017

Bu ölkə BMT-nin qara siyahısına salındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəməndə insan haqqlarının kəskin pozulmasında ittiham edilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, BMT baş katibi Antonio Quterres mövzu ilə əlaqədar "Uşaqlar və hərbi qarşıdurmalar" adlı hesabatı Təhlükəsizlik Şurasına təqdim edib. Hesabata əlavə edilən "qara siyahı"da Səudiyyə Ərəbistanının da adı qeyd edilib. ABŞ-ın dəstək verdiyi koalisiya qüvvələrinin bu siyahıda qeyd edilməsi isə böyük müzakirə mövzusu olub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ötən il qısa müddətlik bu siyahıya əlavə edilmiş, sonra BMT bu ölkənin adını milyonlarla uşağa humanitar yardım etmək məsələsinin təhlükə altına düşmə ehtimalına görə çıxartmışdı.

Səudiyyənin "qara siyahı"ya düşməsinə səbəb koalisiya qüvvələrinin 2016-cı ildə Yəməndə 683 uşağın ölümünə və əlil qalmasına səbəb olmasıdır. Bundan əlavə bu ölkə 38 xəstəxana və məktəbə hücum təşkilində də ittiham edilir.

Qeyd edək ki, təşkilatın qara siyahısında Yəməndəki hökümət qüvvələri, Husilər, Əl Qaidə, İŞİD, Taliban terror qrupları və Bəşər Əsəd rejimi də var. 

Gülşən

Qaynarinfo.Az