Avstriyada ibtidai məktəblərdə baş örtüyü qadağan olunacaq.
Qaynarinfo xəbər verir ki, bu məqsədlə ölkəd koalisiya hökuməti təşkil edən Avstriya Xalq (ÖVP) və Avstriya Azadlıq (FPÖ) partiyaları parlamentə təşəbbüs ərizəsi təqdim edəcək.
Avstriya Azadlıq Partiyasının lideri, ölkənin vitse-kansler Haynts-Kristian Ştraxe bildirib ki, bu ilk növbədə, azyaşlı qızların müdafiəsinə xidmət edən qərar olacaq. Vitse-kansler parlamentdə təmsil olunan digər partiyaları da təşəbbüsə dəstək verməyə çağırıb. Haynts-Kristian Ştraxe hələlik qərar 10 yaşlı qızlara şamil ediləcək, amma yaxın gələcəkdə daha yuxarı yaş qruplarına da şamil oluna bilər.
Təşəbbüslə bağlı danışan müxlifətdəki Sosial-Demokratlar Partiyasının (SPÖ) nümayəndəsi Sonya Hammerşmid bildirib ki, miqrant uşaqlarının cəmiyyətə daha yaxşı inteqrasiyası üçün hökumət geniş paket hazırlamalıdır. Onun fikrincə, ylnız baş örtüyünü qadağan etmək problemin həlli deyil v bu populist addımdır.
Qeyd edək ki, Avstriyada uşaq bağçalarında da baş örtüyü qadağan edilib.
Fanat.Az