Xəbər lenti

Bu ölkədə azan oxumaq qadağan edildi
Dünya20:21 25.11.2016

Bu ölkədə azan oxumaq qadağan edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Macarıstanın Asotthalom şəhərində məscid və minarə tikintisi, azan oxunması qadağan edilib. Bu barədə Macarıstanın Jobbik Partiyasının sədrinin köməkçisi bildirib. 
Onun sözlərinə əsasən, bu qərar aidiyyatı digər instansiyalara da bir nümunə olmalıdır. 
"Xaricdən gələnlərin özləri ilə gətirdikləri radikal meyillərdən uzaq olmaq üçün bu ideal addımdır", - deyə o vurğulayıb.
Lakin Macarıstan İslam Cəmiyyəti Başçısı Zoltan Bolek Asotthalom Bələdiyyə Məclisinin qəbul etdiyi bu qərarın ölkə konstitusiyasına zidd olduğunu bildirib. O qeyd edib ki, bu qərar təxribat xarakterlidir və bu barədə konstitusiya məhkəməsinə məktub yazıb.
Qeyd edək ki, təxminən 30 min müsəlmanın yaşadığı Macarıstanda mütəmadi açıq fəaliyyət göstərən məscid yoxdur.(Axşam.az)
Qaynarinfo.Az