Xəbər lenti

Bu ölkədə əsgərlik yenidən məcburi olacaq - Qadınlar da orduya göndərilir
Dünya18:38 02.03.2017

Bu ölkədə əsgərlik yenidən məcburi olacaq - Qadınlar da orduya göndərilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsveç hökuməti 7 il öncə ləğv etdiyi məcburi hərbi xidmətlə bağlı qanunda dəyişiklik edib.

“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, əsgərlik 2018-ci il yanvarın 1-dən etibarən yenidən məcburi olacaq.

Məcburi hərbi xidmət 1999-cu ildə dünyaya gəlmiş oğlanlarla birlikdə qızlar üçün də keçərli olacaq.

Qeyd olunur ki, həmin ildən olan 13 minə qədər gənc arasından 4 min nəfər seçilərək psixoloji və fiziki testlər aparıldıqdan sonra orduya göndəriləcək.

İsveç Dövlət Televiziyası “SVT” bu qərarın verilməsinə səbəb kimi Rusiya ilə NATO arasında gərginliyin önəmli rol oynadığını bildirib.

Qaynar.Az