Britaniyalı bəzi siyasətçilər düşünür ki, kokainin xeyiri, ziyanından daha çoxdur.
ANN.Az-ın "Vesti.ru"ya istinadən xəbərinə görə, parlamentarilər "Ölkənin kasıb əhalisinin müalicəsini yaxşılaşdırmaq üçün" kokaini leqallaşdırmaq istəyirlər. Bu barədə qanun layihəsi bir müddət əvvəl parlamentə təqdim edilib - bu barədə "Independent" qəzeti məlumat verir.
Sənəd narkosiyasətdə islahatlar çərçivəsində parlamentdəki nüfuzlu deputat qrurpu tərəfindən hazırlanıb. Sənədin müəllifləri yazırlar ki, kokain 20-ci əsrdə qadağan olunub, ancaq bundan əvvəlki dövrlərdə kokain müalicə üçün unikal vasitə kimi məşhur idi. "Nəyə görə, kokainin üzərindəki qeyri-qanuni damğası götürülməsin" - entuziast deputatlar soruşurlar.
Deputatların fikrincə, əgər kokain leqallaşdırılsa, milyonlarla insanın həyatına xilas etmək olar. Bunun üçün kokainin üzərindəki araşdırmaların dərinləşdirilməsi təklif edilir. Parlamentarilər narkotik istehsalına qarşı mübarizə tədbirlərini gücləndirməkdənsə, nəzarət olunan bazar yaradılmasını təklif edirlər.
Kokaindən necə istifadə eləmək lazımdır? Qanun layihəsinin müəllifləri narkotikin "kalsium və proteinlə" zəngin olduğunu, əzələ ağrılarının aradan qaldırılmasında, o cümlədən çaxır istehsalında faydalı olduğunu deyirlər.
Maraq üçün qeyd edək ki, "Coca-Cola" başda olmaqla bəzi sənaye nəhəngləri ABŞ hökumətindən Koka-nın quru yarpaqlarını idxal etmək üçün icazə ala biliblər.