Yeni Zellandiyada koronavirus pandemiyasının iqtisadi nəticələrindən təsirlənənlərə həmrəylik nümayiş etdirmək məqsədilə hökumət üzvlərinin maaşları 6 ay müddətinə 20 faiz azaldılacaq.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Casindra Ardern açıqlama verib. O, keçirdiyi mətbat konfransında Yeni Zellandiyada bir çox insanın iş yerini itirdiyini və mövcud böhran səbəbindən maaşların əhəmiyyətli dərəcədə azaldığını bildirib.
Bunan başqa baş nazir yüksək vəzifəli məmurların əksəriyyətinin tezliklə bir sıra güzəştlərdən məhrum ediləcəyini qeyd edib. Lakin bu, polis, tibb bacıları və digər səhiyyə işçiləri kimi əhəmiyyətli sahələrdə çalışan dövlət qulluqçularına şamil olunmayacaq.
Baş nazir karantin rejiminin uzadılıb uzadılmayacağı barədə qərarın isə aprelin -də veriləcəyini açıqlayıb.
Camal