Xəbər lenti

Bu ölkədə qadınlar qeyri-müsəlmanlarla evlənə biləcək
Dünya11:42 18.09.2017

Bu ölkədə qadınlar qeyri-müsəlmanlarla evlənə biləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tunis höküməti 44 il əvvəl qəbul edilmiş qanunu ləğv edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ölkə prezidenti Beji Keyd Əl Səbsinin hökümətə ünvanladığı müraciət müsbət nəticəsini verib və ölkədə qadınların qeyri-müsəlman kişilərlə nikahını qadağan edən qanun ləğv olunub. 

Qanunun ləğvindən əvvəl qadınlar qeyri-müsəlman kişi ilə evlənmək istəyirsə, ya kişi İslamı qəbul etməli, ya da bunu sübut edən sənədə sahib olmalı idi. 

Qadın hüquqları uğrunda mübarizə aparan təşkilatlar bu qərarı qadınlar üçün zəfər adlandırıb.

Gülşən

Qaynarinfo.Az