
İranda qadın şəkillərinin reklamlarda istifadə edilməsinə qadağa qoyulub.
Qaynar.info İran mətbuatına istinadən xəbər verir ki, bu barədə qərar İran İslam Mədəniyyət və İrşad Nazirliyi tərəfindən təsdiq olunub.
Nazirlik tərəfindən İran Mətbəəçilər Birliyinə göndərilən bildirişdə bütün mətbəələrdən nəşr etdikləri reklamlarda qadın şəklindən istifadə etməmələri tələb olunub.
Sənəddə qadın şəkillərindən vasitə kimi istifadə edilməsinin qanunlara zidd olduğu bildirilib.
Qaynar.info