Xəbər lenti

Bu ölkədə süpürgəçilər 1900 manat alır
Dünya18:59 10.04.2015

Bu ölkədə süpürgəçilər 1900 manat alır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Orta aylıq əmək haqqı təxminən 3700 manatdır

Finlandiyada ən az maaşı süpürgəçilər alır.

ANS PRESS-in məlumatına görə, onların əmək haqqı 1700 avrodur. (Təxminən 1900 manat)

Finlandiya 2013-cü ildə işçinin orta aylıq əmək haqqı 3 284 avro (təxminən 3690 manat) təşkil edib. Bu haqda Statistika mərkəzi açıqlama verib.

Ölkədə ən yüksək əmək haqqını informasiya texnologiyaları və rabitə sahəsinin işçiləri alır. 2013-cü ildə bu sahələrdə orta aylıq əmək haqqı 4124 avro (təxminən 4630 manat) təşkil edib.

Finlandiyada işçilərin yalnız 10 %-i aşağı maaş - 1820 avro (təxminən 2000) qazanır. Əhalinin 10 %-i isə aya 3 108 avrodan (təxminən 3490 manat) çox alır.

Ən az maaş alan isə süpürgəçilərdir. Aya 1700 avro.

Qaynar.info