Xəbər lenti

Bu ölkədə temperatur 70 dərəcəyə qalxıb
Dünya18:35 04.08.2015

Bu ölkədə temperatur 70 dərəcəyə qalxıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaxın Şərqdə davam edən anomal istilik ən böyük təsirini İrana göstərir. Anspress-in məlumatına görə, İranın bəzi bölgələrində temperatur 70 dərəcəyə qədər yüksəlib. 
Rekord tempuratur 150 min əhalisi olan Bandar Mahşahar şəhərində cümə günü kölgədə 46 dərəcə olan tempuratur günün altında 70 dərəcə olub.
İraqda isə tempuratur 50 dərəcədən yuxarı qalxıb. Elektirik verilişində yaranan fasilələlər səbəbindən kondisenerlərin işləməməsi etiraza səbəb olub. Etirazlardan sonra hökümət 4 günlük tətil elan edib. 
İraqda qaçqın şəhərciklərində yaşayan insanlarda istilər səbəbindən çətin günlər yaşayır. 
Anomal istilər Türkiyədən də yan keçmir. İlin ən isti günlərini yaşayan Diyarbəkir şəhərində tempuratur kölgədə 42 dərəcəni göstərir. Günün altında isə tempuratur isə 50 dərəcədən yuxarı qalxıb.
Müvafiq qurumlar insanlara mümkün qədər çölə çıxmamaları tövsiyyə edilib. 
Bundan əvvəl ən yüksək tempuratur Səudiyyə Ərəbirstanın Dahran şəhərində 2003 cü il iyul ayında (81 dərəcə) qeydə alınıb. 
Qaynar.info