Xəbər lenti

Bu maşından dünyada cəmi 7 ədəddir - FOTOLAR
Dünya06:13 02.05.2014

Bu maşından dünyada cəmi 7 ədəddir - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

3,4 milyon qiyməti olan "Lykan HyperSport" 2,8 saniyəyə 100 km sürət yığır

Birləşmiş ərəb Əmirliyində dünyanın ən bahalı və sürətli maşınlarından biri nümayiş etdirilib. ANS PRESS-in məlumatına görə, bu maşından dünyada cəmi 7 ədəd istehsal edilib. "Canavar" adlandırılan avtomobil dünyanın ən sürətli maşını adına layiq görülüb. 

Maşın 3.7 litrlik mühərrikə sahibdir. "Lykan HyperSport" 0-dan 100 kilometr sürətə cəmi 2,8 saniyədə çıxa bilir. Maşının görüntüsüdə texniki göstəriciləri qədər maraq doğurur. 

"Lykan HyperSport"un qiyməti isə 3,4 milyon dollardır. Avtomobilin uzunluğu 4.480 mm, eni isə 1.944 mm-dir.