"Fransanın orada görünməsi ATƏT-in Minsk Qrupunun missiyasının bəri başdan uğursuzluğa düçar olacağı deməkdir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Milli Məclisin payız sessiyasının ilk iclasında post-müharibə dövrü üçün Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən uzaqlaşdırılması, onun Türkiyə və ya Pakistanla əvəz edilməsi zamanının yetişdiyi barədə səslənən fikirlərə münasibət bildirərkən deyib.
Politoloqun fikrincə, post-müharibə dövründə Fransanın ATƏT-in Minsk Qrupunda həmsədr qismində iştirak etməsinin artıq heç bir əhəmiyyəti yoxdur:
"Əksinə, Paris qurumda qaldıqca prosesin tərəfsiz və normal aparılmasına maneəçlik törətməkdə davam edəcək. Xüsusən də Parisin Qarabağdakı separatçı ermənilərə status tələb etməsi və bunun Makronun dilindən dəfələrlə səsləndirilməsi onu göstərir ki, Fransa tənzimlənmə məsələsində heç zaman obyektiv mövqe tutmayacaq. Onlar əvvəllər olduğu kimi ermənipərəst mövqe sərgiləməkdə davam edəcəklər”.
Belə vəziyyətdə həmsöhbətimiz də düşünür ki, Türkiyənin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olması vacibdir:
"Bu tələbi ciddi şəkildə ATƏT qarşısında qaldırmalıyıq. Ermənilər işğalçı təbiətini gizlətmək üçün müharibəni xristian-müsəlman qarşıdurması kimi qiymətləndirməyə çalışıb və çox zaman buna da nail olublar. Ona görə də tənzimlənmə prosesinə müsəlman ölkəsi olan Türkiyə də əlavə edilməlidir. Pakistan ATƏT-in üzvü deyil. Lakin buna baxmayaraq, qonşu və müsəlman dövlətlərinin nümayəndəsi kimi, Pakistanın da burada təmsil olunmasını tələb etmək olar. Bu məsələlərdə təkidli olmalıyıq. Çünki Fransanın orada görünməsi ATƏT-in Minsk Qrupu missiyasının bəri başdan uğursuzluğa düçar olacağı deməkdir”.
Rüfət Sultan