Xəbər lenti

Bu nəhəng şirkət də Rusiyanı tərk edir
Dünya11:06 25.05.2022

Bu nəhəng şirkət də Rusiyanı tərk edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın idman nəhəngi "Nike” Rusiyanı tərk etməyə hazırlaşır.
Qaynarinfo "Themoscowtimes” saytına istinadla xəbər verir ki, bu barədə Rusiyanın "Vedomosti” qəzeti məlumat yayıb. 
Qəzetinin çərşənbə günü verdiyi məlumata görə, "Nike” ilə onun Rusiyadakı iki ən böyük pərakəndə satış şirkəti arasında müqavilələr bu cümə axşamı, mayın 26-da başa çatır.
"Nike” nümayəndəsi "Vedomosti”yə bildirib ki, idman geyim markası "əməliyyat çətinlikləri” səbəbindən Rusiyada müqavilələri uzatmamaq və ya yeni müqavilələr bağlamamaq qərarına gəlib. Onlar həmçinin təsdiqləyiblər ki, şirkət hələ də rus işçilərinə ödənişlər edir.
"Nike” Rusiyanın Ukraynanı işğal etməsinə etiraz olaraq martın əvvəlində Rusiyadakı bütün mağazalarını müvəqqəti bağlayıb, baxmayaraq ki, bəzi müstəqil səlahiyyətli pərakəndə satış şirkətləri fəaliyyətini davam etdirirdi. 
Lakin ölkədə qalan 56 səlahiyyətli "Nike” mağazasından 37-ni idarə edən Rusiyanın Pərakəndə Qrupu anbar ehtiyatının tükəndiyini və tədarüklərin artıq dayandırıldığını bildirib.
"İndiki vəziyyətimizdə biz "Nike” mağazalarının fəaliyyətini dəstəkləməyə davam edə bilmərik və onları bağlamağa məcbur olacağıq”,- Qrupun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Lüdmila Semuşina "Vedomosti”yə deyib.
"Biz 2012-ci ildə birlikdə biznesə başladıq, sevgiylə ölkənin ən yaxşı mağazalar şəbəkəsini qurduq və 10 ildən sonra bu biznesin mövcud ola bilməyəcəyi bir vəziyyətə düşdük. İnventarımız tükəndiyi üçün IRG bu marka altında bütün mağazalarını bağlamaq məcburiyyətində qalacaq", - deyə IRG prezidenti Tixon Smıkov bildirib.
Nurlan Hüseynov