Yaponiya Futbol Liqasının İdarə Heyəti liqanın tarixi ilə bağlı yeni qərar verib.
Qaynarinfo-nun məlumatına görə, ölkədə çempionatların 2026-cı ildən etibarən avqustdan başlayacağı açıqlanıb. Ölkədə yerli futbol liqalarının başlama tarixləri Avropada keçirilən liqa və turnirlərinki ilə uyğunlaşdırılacaq.
Ötən həftə ümumilikdə 60 klub tərəfindən müzakirə edilən dəyişiklik layihəsi ilə bağlı qərar ictimaiyyətə açıqlanıb.
Yaponiyanın yüksək liqasının idarə heyəti yerli futbol mövsümlərinin ənənəvi olaraq fevralda deyil, 2026-cı ildən etibarən avqust ayından başlayacağı açıqlanıb.
Səbuhi Həsənov