Dünya 18:20 29.07.2022

Bu ölkələr İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edib (SİYAHI)

İyulun 29-na olan məlumata görə, NATO ölkələrinin 2/3-si İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına qoşulması haqqında sazişi ratifikasiya edib.

Qaynarinfo xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Ann Linde "Twitter" hesabında məlumat verib.

"Bütün NATO üzvlərinin 2/3-ü İsveç və Finlandiyanın üzvlüyünü ratifikasiya edib. Dəstəyinizə və sürətli 20 ratifikasiyaya görə minnətdarıq!” deyəo yazıb.

Linde həmçinin müqaviləni artıq ratifikasiya etmiş ölkələrin siyahısını dərc edib. 

İyulun 5-də Finlandiya və İsveçin xarici işlər nazirləri Pekka Haavisto və Ann Linde ölkələrin Şimali Atlantika Alyansına qoşulması haqqında protokollar imzalayıblar. İndi protokollar bütün 30 NATO ölkəsi tərəfindən ratifikasiya edilməlidir.

İyunun 29-da NATO rəsmi olaraq İsveç və Finlandiyanı Alyansa üzv olmağa dəvət edib. Bundan bir gün əvvəl Türkiyə, Finlandiya və İsveç üçtərəfli anlaşma memorandumu imzalayıblar və burada Ankara iki ölkənin tələblərinə əməl etmələri müqabilində onların üzvlük prosesini əngəlləməyəcəyinə söz verib.

Nizami Bağırov