
Kanadalı Hüqo Kornelyer 2500 gün ərzində 3000-ə yaxın selfi çəkib
Kanadanın Monreal şəhərinin 19 yaşlı sakini Hüqo Kornelyer 7 ildir çəkdiyi selfilərini bir araya gətirərək, möhtəşəm bir video hazırlayıb.
ANS PRESS-in məlumatına görə, 12 yaşından bəri hər gün selfi şəkli çəkən yeniyetmə 2006-cı ildə bir nəfərin öz şəkillərindən ibarət videosundan təsirlənərək öz layihəsinə başlamaq qərarına gəlib.
Yeniyetmə 7 il ərzində hər gün selfi çəkdirməklə, 3000-ə yaxın selfi toplayıb. Getdiyi hər yerə öz kompüterini aparan yeniyetmə 2500 gün ərzində cəmi 50 gün şəkil çəkdirməyi unutduğunu deyir.
Gənc öz layihəsini əvvəlcə «Hər gün foto» adlandırsa da, sonradan selfi trendinin geniş yayılması ilə əlaqədar layihəsini "Hər gün selfi" adlandırmağa başlayıb.
Layihəsinə son vermək fikrində olmayan Hüqo Kornelyer selfi çəkməyi ömrünün sonunadək davam etdirəcəyini bildirib.