"Əgər 2-3 ay ərzində Ukraynanın hücum əməliyyatları uğurlu olsa, bu, Vladimir Putini ciddə şəkildə zəiflədəcək".
Qaynarinfo xəbər verir ki, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, general Nikolay Malomuj obozrevatel.com saytına müsahibəsində
deyib.
"Belə olan halda əhali təkcə Rusiya Federasiyasının rəhbərindən məyus olmayacaq, həm də artıq Ukrayna ilə müharibənin məqsədəuyğunluğuna şübhə etməyə başlayan elitalar arasında da narazılıq yaranacaq. Putinin hakimiyyətdən uzaqlaşdırılması və ölkə elitası arasında Ukrayna və Qərb nümayəndələri ilə Rusiya ərazisinin demilitarizasiyası və Kiyevə təzminatların ödənilməsi ilə bağlı danışıqların aparılması ehtimalı yarana bilər”, deyə general bildirib.