Xəbər lenti

"Bu qələbənin memarı İlham Əliyevdir” - Misir Mərdanov
Siyasət09:43 08.11.2022

"Bu qələbənin memarı İlham Əliyevdir” - Misir Mərdanov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Başda Prezidentimiz, Müzəffər Ali Baş Komandan olmaqla xalqımızı, dünya azərbaycanlılarını Vətən müharibəsində qazandığımız qələbə münasibəti ilə təbrik edirəm".
Bu sözləri Qaynarinfo-ya açıqlamasında sabiq təhsil naziri Misir Mərdanov deyib.
"Arzu edirəm ki, qələbəmiz davamlı olsun. Bu yolda xalqımıza uğur arzulayıram. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Tezliklə sağlasınlar, əvvəlki həyatlarına qayıtsınlar. Gənclərimiz vətənpərvərlik hissləri ilə böyüsün, daim vətənin keşiyində dayansın", deyə Misir Mərdanov əlavə edib.
Sabiq nazir hesab edir ki, bu qələbənin memarı Ali Baş Komandan İlham Əliyevdir: 
"Mən onun rəhbərliyi ilə 10 il ölkənin təhsil naziri olmuşam. Prezidenti yaxından tanıyan bir insan kimi deyə bilərəm ki, bu qələbənin birmənalı olaraq memarı, ustadı Ali Baş Komandan İlham Əliyevdir. Ona uğur arzulayıram. Bundan sonrakı qələbələrimizin də memarı olmasını diləyirəm".
Əhməd