Xəbər lenti

Bu qız Avropa Hərəkatının baş katibi oldu (FOTO)
Siyasət10:15 26.04.2013

Bu qız Avropa Hərəkatının baş katibi oldu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Avropa Hərəkatında yeni təyinat olub.

Hərəkatın mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, qurumun baş kati Aygül Cəfərova seçilib.

Onun namizədliyi hərəkatın prezidenti Ramin Hacılın təqdimatı ilə İdarə Heyəti tərəfindən təsdiqlənib. Artıq Beynəlxalq Avropa Hərəkatına (BAH) bu barədə məlumat verilib və BAH bu təyinatı təsdiqləyib.

Təşkilatın əsasnaməsinə uyğun olaraq hərəkatın icra sturkturuna rəhbərlik baş katib tərəfindən həyata keçirilir.

Cəfərova Aygül İlqar qızı 19 aprel 1989-cu ildə Bakı şəhərində dünyaya gəlib. O, Azərbaycan Dillər Universitetinin İngilis dili ixtisası üzrə bakalavr, Almaniyanın Filips - Marburg Universitində linqivistika və veb texnologiyalar üzrə magistir dərəcəsi alıb.

Aygül Cəfərova 2009-cu ildə Dalğa Gənclər Hərəkatının fəalı, “Demokratiya məktəbi”nin tələbəsi olub. O, 2013-cü ilin aprel ayından Azərbaycan Avropa Hərəkatında baş katib kimi fəaliyyətə başlayıb.

Qaynar.info