Xəbər lenti

Bu qız ömrünü belə keçirir - SİNDROM
Dünya17:51 22.08.2013

Bu qız ömrünü belə keçirir - SİNDROM

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İmaarl Dyupre nadir Kleyn Levin sindromundan əziyyət çəkir. Bu xəstəliyi bəzən "yatmış gözəl sindromu" da adlandırırlar. 

23 yaşlı İmaarl ötən il 59 gün yatıb. Bu sindrom özünü ilk dəfə 18 yaşında olanda göstərib. Qız öz dostları ilə getdiyi tədbirlərdən birində yatıb. Dostları onun özündən getdiyini düşünüblər, lakin sonradan məlum olub ki, İmaarl belə bir sindromdan əziyyət çəkir. 

Bu sindromdan əziyyət çəkən insanların üzərində daim nəzarət olmalıdır. Onlar yalnız bir neçə dəqiqəlik yemək və təbii ehtiyaclarını ödəmək üçün oyanırlar. 

Yatdığı vaxt İmaarlı oyatsalar, o çox aqressiv olur. 

Bu sindrom qızın həyatına təsirsiz ötüşməyib. O vacib universitet imtahanlarında, ailə bayramlarında və digər tədbirlərdə yatıb. 

Bu gün dünyada 1000 nəfər Kleyn Levin sindromundan əziyyət çəkir.

Qaynar.info