
İngiltərədə yaşayan Taylor Smit adlı qız özünə yazdığı məktubu oxuya bilməyib.
12 yaşlı qızın ata-anası tərəfindən mediaya verilən müsahibədən məlum olur ki, o, bir neçə ay əvvəl 10 il sonra oxuması üçün özünə məktub yazıb. Lakin Taylor bir neçə gün əvvəl yıxılıb, başından zədə aldığı üçün həyatını itirib.
Azyaşlı qızın anası tərəfindən facebook sosial şəbəkəsində paylaşılan məktubda bu sözlər yazılıb: “Sevgili Taylor, həyat necə gedir? Son 10 il olduqca asan keçib. Orta məktəbdən məzun olmusan? Olmayıbsansa, yenidən məktəbə qayıt və diplomunu al. Tək evə çıxıbsan? Universitetdəsənsə hansı fakültədə oxuyursan? Mən bu aralar vəkil olmaq istəyirəm? Hələ də “Doctor Who” serialı davam edirmi? Bitdisə sonu necə oldu? Dollyvod parkına sonuncu dəfə nə vaxt gedibsən? Mənim bu sətirləri yazmağımdan 10 il keçib. Bu müddətdə pis-yaxşı çox şey yaşamışıq. Bunları yaşamağa məcbur idik”./musavat.com