Xəbər lenti

"Bu Rusiya üçün Ukrayna və sivil dünya ilə danışıqlar imkanlarını bağlayacaq" - Zelenski
Dünya06:47 08.08.2022

"Bu Rusiya üçün Ukrayna və sivil dünya ilə danışıqlar imkanlarını bağlayacaq" - Zelenski

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın işğal olunmuş ərazilərdə keçiriləcək yeni qondarma "referendumlar” Rusiya Federasiyası üçün həm Ukrayna, həm də sivil dünya ilə danışıqlar imkanlarını bağlayacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "RBC-Ukrayna" prezidenti Volodimir Zelenskinin müraciətinə istinadən yazıb. 
"İşğalçıların zəbt etdikləri dövlətimizin cənubundakı ərazilərdə qondarma referendumlara hazırlaşdıqları barədə xəbərlər getdikcə artır. Çox sadə bir şeyi demək istəyirəm: işğalçılara bu niyyətini hansısa yolla həyata keçirməyə kömək edəcək hər kəs Ukrayna qarşısında cavab verəcək”, deyə Ukrayna prezidenti qeyd edib.
Onun sözlərinə görə, bu məsələdə Ukrayna dövlətinin mövqeyi dəyişməz olaraq qalır.
"Biz heç nədən imtina etməyəcəyik və əgər işğalçılar bu qondarma referendumları keçirsələr, o zaman Ukrayna və azad dünya ilə danışıqlar imkanlarını bağlayacaqlar ki, bu da nə vaxtsa Rusiya tərəfinə mütləq lazım olacaq”, deyə Zelenski əlavə edib.
Nizami Bağırov