Xəbər lenti

Bu, Rusiyanın strateji planlarında dəyişiklik olduğunu göstərir - Britaniya kəşfiyyatı
Dünya12:34 06.07.2023

Bu, Rusiyanın strateji planlarında dəyişiklik olduğunu göstərir - Britaniya kəşfiyyatı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Britaniya kəşfiyyatının bildirdiyinə görə, Rusiyanın Avrasiya boyu riskə getməsi, müharibə səbəbindən bütün döyüşə hazır qoşunlarını Ukraynaya çəkməsi onun strateji planlarında dəyişiklik olduğunu göstərir. 
Qaynarinfo xəbər verir ki, bu barədə cümə axşamı, iyulun 6-da Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat hesabatında deyilir.
Britaniyalılar hesab edir ki, Rusiyanın hər yerindən cəlb edilən qoşunlar Ukraynanın əks-hücumuna qarşı yönəldilib.
Kəşfiyyatçıların sözlərinə görə, Rusiyanın Qafqaz regionunun sabitliyini təmin edən 58-ci Ümumqoşun Ordu hazırda Zaporojye vilayətində möhkəmləndirilmiş xətləri müdafiə edir.
Əvvəllər 7000 km məsafədə Çin qüvvələrinə yaxın yerləşən 5-ci Ümumqoşun Ordu və dəniz piyadaları Velikaya Novoselka bölgəsində cəbhəni qoruyur. 
Əvvəllər Rusiyanın qərbində "NATO ilə gərginlik zamanı elit çevik reaksiya qüvvəsi” kimi yerləşdirilən hava-desant alayları indi Baxmut ətrafında müdafiəyə cəlb olunub.
Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyanın kiçik müdafiə naziri Ceyms Hippi bildirib ki, Rusiya Ukraynaya genişmiqyaslı işğalın başlanmasından bəri 220 mindən çox əsgərini və 6 mindən çox hərbi texnikasını itirib.
Britaniya silahlı qüvvələrinin başçısı admiral Toni Radakin bildirib ki, Rusiya ordusu Ukraynada döyüş qabiliyyətinin yarısını, o cümlədən 2500-ə qədər tankını itirib.
Nizami Bağırov