
Kişilərin məşğul olduğu digər işləri özünə peşə seçən xanımlar haqqında tez-tez xəbərlər təqdim edirik. Elə bu xəbərimizin qəhrəmanı da belə xanımlardandır. O, bərbərdir.
Atv.az xəbər verir ki, Türkiyənin Bursa şəhərində fəaliyyət göstərən salonlardan birində çalışan Rahşan Bayram adlı bu xanım bir neçə aydır ki, bərbər kimi fəaliyyət göstərir. Dediyinə görə, ilk günlər həm ona, həm də müştərilərə bu vəziyyətə öyrəşmək heç də asan olmayıb. Lakin indi hər kəs onun işindən, bacarığından xeyli məmnundur.
Qaynarinfo.az

