
Dubay şahzadəsi küçə qadını ilə evlənir…
İraqda Nuhun gəmisinin qalıqları tapılıb…
Moldovada tütünsüz siqaretlər uşaqlar arasında populyarlaşır…
Bu “xəbər”lər worldnewsdailyreport.com saytındandır. Özü də bu xəbərlərin “fotoları” da var.
Bu bir satirik saytdır.
Amma ciddi nəşrlərin, saytların jurnalistləri bəzən onların qarmağına keçirlər və yalan xəbərləri kopyalayıb yayırlar.
worldnewsdailyreport.com öz xəbərlərini elə yazır ki, ağ yalan kimi çıxmasın, sensasyon xəbərə oxşasın.
Məsələn,
Üçxayalı kişi elm ictimaiyyətini çaş-baş salıb…
Buzun altından tapılan mamontun qarnındakı balanı həyata qaytarmaq mümkün olub…
Yeni sənədlər göstərir ki, ABŞ prezidenti Linkolnun ölümündə Britaniyanın əli olub…
Əlbəttə, kimi qarmağa keçir, kimi də bunun bir əyləncə saytı olduğunu bilib “xəbər”ləri oxuyub doyunca gülür.
Amma “itoynadan”worldnewsdailyreport.com saytı oxuculara onu “ifşa etmək” üçün “ipucu“da verib: Saytın “Haqqımızda” bölümündə oxuyuruq:
“Amerikanınyəhudi-sionist qəzeti olan World News Daily Report Tel-Əvivdə yerləşirvə Bibliyaya aid arxeoloji məlumatlar, eləcə də dünyadakı digər sirlərləbağlı məqalələr hazırlamaqda ixtisaslaşıb.
Bizim xəbərkomandamız yüksək mükafatlara layiq görülmüş xristian, müsəlman vəyəhudi jurnalistlərdən, Mossad casuslarından və İsrail Silahlıqüvvələrinin istefaya çıxmış veteranlarından ibarətdir.
Redaksiyamız 1998-ci ildən Tel-Əvivdə yerləşir və qəzetimiz hər gün 200 min tirajla çap edilir”.
Satirik saytın son hoqqalarından olan “Stalinin oğlunu öldürmüş alman əsgərini 70 ildən sonra Rusiyada həbsdən buraxıblar” xəbərini də inanıb sosial şəbəkələrdə yayanlar az olmayıb...
Qaynar.info