"Ərdoğan bütün hallarda seçki kampaniyasının favoritidir. Onun qalib gəlmək üçün şansları böyükdür. Hətta ikinci tur olsa belə, Ərdoğan qalib gələcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tofiq Abbasov Türkiyədə mayın 14-də keçiriləcək seçkilərdə hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın şanlarını şərh edərkən deyib:
"Ərdoğanın hakimiyyəti dövründə Türkiyənin böyük nailiyyətləi olub. Dövlət kimi Türkiyə geosiyasi baxımdan mövqeyini gücləndirib. Bir çox qlobal güc mərkəzləri Türkiyənin mövqeyini nəzərə alır. Qardaş ölkənin siyasi və iqtisadi təsirləri də artır. Türkiyə G20-nin üzvüdür. Bu da ondan xəbər verir ki, Ankara ilə əməkdaşlığı gücləndirmək istəyən tərəflər kifayət qədər çoxdur. Türkiyə hərbi cəhətdən qüdrətli məmləkətə çevrilib. Rəqibləri bu amilə görə Türkiyə ilə hesablaşmağa məhkumdurlar. Bu istiqamətdə Türkiyənin potensialını artıran məhz Ərdoğan olub. Rəqibləri isə qeyri-mümkün məqamları mümkün etmək istəyir".
Rüfət Sultan