Astroloq Yana Ezoteriçka bildirib ki, işğalçıların Xersondan qaçması tələ ola bilər. Lakin onun fikrincə, bu, müharibənin gedişatını dəyişə biləcək tarixi məqamdır.
Ezoteriçka qeyd edib ki, rus qoşunlarının Xersondan çıxarılması yalnız Ukraynaya zərər verə bilər, çünki işğalçıların yəqin ki, hansısa hiyləgər planı var.
"İşğalçılar Xerson üçün hiyləgər plan hazırlayıblar. Onlar döyüşmədən gedirlər. Amma bu, tələ ola bilər", - astroloq özünün YouTube kanalında
bildirib.
Amma Ezoteriçkanın fikrincə, Xerson onsuz da Ukraynanın nəzarətinə qayıdacaq. O, əlavə edib ki, hazırda işğalçılar Ukraynanın digər ərazilərinə qoşun yeridirlər.
"Nəsə qəddar bir plan ola bilər. Ola bilsin, qüvvələr orada cəmləşsin və bizim gözləmədiyimiz nəticə olsun", - ekspert vurğulayıb.
Alpər