Xəbər lenti

“Bu, təxribatdır” – Milli Şuradan reaksiya
Siyasət10:50 24.09.2013

“Bu, təxribatdır” – Milli Şuradan reaksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Səs yazısının Rusiya tərəfindən yayılması onu göstərir ki, Azərbaycanda mobil cihazların istifadəçiləri hökumətin nəzarəti altındadır. Yəni istifadəçilərin hüquqları pozulur”.


Bunu Qaynar.info-ya Milli Şuranın üzvü Asəf Quliyev qurumun digər üzvləri eks-spiker Rəsul Quliyevlə və Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər arasında baş tutan telefon danışığına münasibət bildirərkən deyib. 

O bildirib ki, telefon danışığı təsdiq olunmayıb: “Bu cür informasiyaların buraxılması hakimiyyətin bilərəkdən müxalifətdaxili ziddiyyətlərin artırılmasına xidmət edir. Ona görə belə məsələlərə münasibət bildirmək düzgün olmaz. Milli Təhlükəsizlik Nazirliyində o qədər texnologiya var ki, istənilən adamın səsini hazırlaya bilərlər. Qeyri-rəsmi məlumatdır, düşünürəm təxribatdır. Rəsul Quliyevin bu cür danışmasına inanmıram”.

Qeyd edək ki, Rəsul Quliyevlə Sülhəddin Əkbər arasında baş tutan telefon danışığında R.Quliyev müxalifətin aksiyasını "multfilm" adlandırıb. Eks-spiker sonra Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin və qurumun icra aparatının rəhbəri Eldar Namazovun ünvanına sərt ifadələr işlədib.

Onu da bildirək ki, sosial şəbəkələrdə yayılan telefon danışığının səs yazısı əvvəlcə Rusiya saytlarının birində yerləşdirilib.

İlkin
Qaynar.info